Gələn il həmkarlar ittifaqlarının bütün təşkilatlarında hesabat-seçki yığıncaqları keçiriləcəkdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Konfederasiyadan bildirmişlər ki, iclasda 2012-ci ildə həmkarlar ittifaqlarının bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. 
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev demişdir ki, hər bir təşkilat bu mühüm məsələyə ciddi, məsuliyyətlə yanaşmalıdır. Hesabat-seçki yığıncaqlarının şəffaf və demokratik şəraitdə keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülməlidir. Seçkilər zamanı səriştəli, bacarıqlı, həmkarlar ittifaqının inkişafında xidmətləri olan kadrların, həmçinin həmkarlar təşkilatlarının fəalları arasından perspektivli gənclərin irəli çəkilməsinin vacibliyini xüsusi qeyd etmişdir.
İclasda "AHİK-in gənclər siyasəti Konsepsiyası"nın icrası məsələsinə də baxılmışdır.
AHİK-in Gənclər Şurasının Əsasnaməsi İcraiyyə Komitəsində müzakirə olunaraq qəbul edilmiş və Gənclər Şurası formalaşdırılmışdır. AHİK-in icraiyyə komitəsinin yığıncaqlarında gənclərlə işin vəziyyəti müzakirə olunmuş, həmkarlar ittifaqlarının bütün seçkili orqanlarının işində gənclərin fəal iştirakı barədə tövsiyələr verilmişdir.
Həmkarlar İttifaqlarının Gənclər Şurasının beynəlxalq əlaqələri də gücləndirməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, hər il Yaponiyanın Beynəlxalq Əmək Fondunda, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Litvada yerləşən Gənclərin Yay Məktəbində, İtaliyanın Turin şəhərində yerləşən Ümumdünya Təlim Mərkəzində və Böyük Britaniyanın Oksford Universitetində gənc həmkarlar ittifaqı fəallarının iştirakı AHİK tərəfindən təmin edilmişdir.
AHİK-in İcraiyyə Komitəsində "Kollektiv sahə sazişlərinin nümunəvi forması"na, "Kollektiv müqavilələrin nümunəsi"nə və "Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqavilə"yə əlavələr edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. İştirakçıların nəzərinə çatdırılmışdır ki, MDB-nin iştirakçı ölkələrinin Parlamentlərarası Assambleyasının 2010-cu ilin oktyabrında keçirilən sonuncu iclasında "Səhmdar cəmiyyətləri haqqında" model qanunu yeni redaktədə qəbul olunmuşdur.
Qanunun işləməsində fəal iştirak edən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının təklifi ilə sənədin "Cəmiyyətin orqanları" bölməsinə müşahidə şurasının, idarə heyətinin, direktorlar şurasının işində muzdlu işçilərin iştirakı ilə bağlı müddəalar daxil edilmişdir. Beləliklə, bu sahədə də həmkarlar ittifaqlarının maraqları nəzərə alınmış, istehsalatın idarə olunmasında işçilərin iştirakının həyata keçirilməsinə nail olunmuşdur. Qanunun yeni redaktəsinin digər dövlətlərlə yanaşı, Azərbaycana aid olunması ölkənin həmkarlar ittifaqları üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edilmişdir ki, 2010-cu hesabat ilində Sahə Həmkarlar İttifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində müəyyən işlər görülmüşdür.
AHİK tərəfindən xüsusi hazırlanmış plana uyğun, respublikanın şəhər və rayonlarından 2500 nəfərdən artıq həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə 66 zona seminarı keçirilmişdir. Hesabat dövründə 23 sahə və 1 ərazi həmkarlar ittifaqları orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsinin qənaətbəxş olması və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədilə 676 müəssisə və təşkilatlarda yoxlamalar aparılmışdır.
İclasda, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Bu, mənim peşəmdir" sərlövhəli foto, təsviri və tətbiqi sənət üzrə müsabiqənin yekunları, xüsusi istedada malik uşaqlarla iş üzrə tədbirlər planının nəticələri, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının fəaliyyət proqramı və digər məsələlər də müzakirə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında