Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Qubada olmuşdur

Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iyulun 14-də Qubada olmuşdur. 
Qonaqları Quba Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov, YAP rayon təşkilatının sədri Ədalət Nəbiyev qarşılamışlar.
Rayon icra hakimiyyətinin başçısı qonaqlara Qubanın tarixi keçmişi, hazırda şəhərdə vüsət alan geniş abadlıq və quruculuq işləri haqqında məlumat vermişdir. Azərbaycanın tolerant ölkə olduğunu bildirən R.Həbibov Qubada 27 etnik qrupun nümayəndələrinin vahid ailənin üzvləri kimi əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulamışdır.
Rumıniyanın hakim Demokrat Liberal Partiyasının təmsilçilərinin səfərini yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı demişdir ki, nümayəndə heyətinin tərkibində siyasətçilərlə yanaşı, tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin olması ölkələrimiz arasında bu sahələrdə əməkdaşlığın inkişafında xüsusi rol oynayacaqdır.
Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası sədrinin müavini Nekulay Ontsanu göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını bildirmişdir. Azərbaycana ikinci dəfə səfər etdiyini deyən N.Ontsanu ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini söyləmişdir. Avropanı iqtisadi böhranın bürüdüyü son iki ildə Azərbaycan hökumətinin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin bu tənəzzüldən yalnız itkisiz çıxmaqla kifayətlənmədiyini, əksinə inkişafa nail olduğunu yüksək qiymətləndirən qonaq qazanılan nailiyyətdən dost dövlət olaraq çox sevindiklərini demişdir.
Sonra qonaqlar "Qədim Quba" özəl xalçaçılıq müəssisəsində olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında