Azərbaycan xalqının tarixi və mədəni sərvətləri sayılan adların siyahısı hazırlanıb

Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrin hüquqi və fiziki şəxslər tərəfindən istifadəsinə icazə verilməsi qaydaları müəyyənləşdirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, qaydalar "Mədəniyyət və turizm sahəsində informasiya və reklam konsepsiyası"na uyğun olaraq hazırlanıb. Azərbaycan xalqının tarixi, mədəni sərvətləri sayılan adların siyahısı artıq hazırdır. İndiyədək 17 hüquqi və fiziki şəxsə belə adlardan istifadəyə icazə verilib.
Nazirlikdən onu da bildiriblər ki, Azərbaycan xalqının tarixi adları, tarixi və mədəni sərvətləri ilə bağlı xüsusi işarələrdən istifadə edən hüquqi və fiziki şəxslərin nazirlikdən icazə almalarını təmin etmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında müvafiq tədbirlər görüləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında