Ermənistan prezidentinin Dağlıq Qarabağa aralıq statusun veriləcəyi ilə bağlı fikri absurd və məntiqsizdir

Ermənistan prezidenti Serj Sarkisyanın "Qolos Armenii" qəzetinin kollektivi ilə görüşündə Dağlıq Qarabağda keçiriləcək referenduma qədər bu bölgəyə beynəlxalq səviyyədə tanınacaq aralıq status veriləcəyinə dair açıqlamasına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya açıqlamasında demişdir ki, S. Sarkisyan nə söylədiyinin fərqində deyil: "Beynəlxalq aləm tərəfindən tanınan aralıq status beynəlxalq münasibətlər terminologiyasına uyğun deyil və Dağlıq Qarabağa gələcəkdə hər hansı status veriləcəksə, bu, yalnız beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının sərhədləri çərçivəsində olacaq". 
Ermənistan prezidentinin erməni zabitləri qarşısındakı çıxışını da şərh edən XİN-in mətbuat katibi aşağıdakıları söyləyib: "Görünür, Ermənistan prezidenti son zamanlar və ələlxüsus tərəflərin apardığı danışıqlar zamanı populist xarakterli bəyanatlar verməklə və Azərbaycana qarşı hərbi ritorikalar səsləndirməklə onun iqtidarına qarşı yönəlmiş və ciddi şəkildə narazı olan erməni ictimaiyyətinin fikrini daxili problemlərdən uzaqlaşdıraraq xarici faktorlara yönəltmək istəyir. Belə bir durumda Azərbaycan ən "münasib" hədəfdir. Ölkəsinin səfalət içində olduğunu və iqtisadiyyatının böyük tənəzzülə uğradığını yaxşı dərk edən Sarkisyan bütün səylərini bu münaqişənin həllinə yönəltmək yerinə tam deformasiya olmuş siyasi mövqelərini qonşu ölkə olan Azərbaycanı hərbi cəhətdən hədələməklə möhkəmlətməyə çalışır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında