Culfa Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir

İyulun 12-də Culfa Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən mərasimdə şəxsi heyəti təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
O demişdir ki, Culfa Rayon Polis Şöbəsi uzun illər lazımi iş şəraiti olmadan fəaliyyət göstərmişdir. Sovetlər dövründə tikilən inzibati bina bugünkü tələblərə cavab vermirdi. İndi isə qısa vaxtda yeni inzibati bina tikilmişdir. Şöbənin nəzdində yaradılmış Əlincə Polis Bölməsi üçün yeni inzibati bina istifadəyə verilmişdir. Yaradılmış bu şərait xidməti vəzifələri lazımi səviyyədə yerinə yetirməyə imkan verəcəkdir.
Ali Məclisin sədri bildirmişdir ki, bu gün Azərbaycan müstəqil dövlətdir. Ölkəmizin başçısının dediyi kimi, Azərbaycanı güclü, qüdrətli dövlətə çevirmək üçün respublikada Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu siyasət 1969-cu il iyulun 14-dən başlanmışdır. Məhz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, güclü, qüdrətli Azərbaycan dövləti yaradılmışdır. Ölkəmizdə bütün sahələrdə inkişaf, tərəqqi vardır. İnsanların rifah halının yaxşılaşdırılması üçün tədbirlər görülür. Bütün bunlar isə dövlətimizin, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir.
Ulu öndər Heydər Əliyevin "Dövlət iki səbəbdən sarsıla bilər: günahsız cəza alanda, günahkar cəzasız qalanda" - fikirlərini xatırladan Ali Məclisin sədri əminliklə bildirmişdir ki, muxtar respublikanın hüquq- mühafizə orqanları ədalət prinsipinə əməl edəcək, asayişin keşiyində ayıq-sayıq dayanacaqlar.
Culfa şəhərinin mərkəzində - Heydər Əliyev prospektində yerləşən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. İnşaat işlərinə "Gəmiqaya" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari ilin fevral ayında başlanmış və qısa müddətdə başa çatdırılmışdır. Tikintidə əsasən yerli materiallardan istifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında