Leyla Əliyeva qlobal gənclər ekoloji kampaniyasına start vermişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni qlobal gənclər ekoloji kampaniyasının - IDEA-nın (International Dialog on Enviromental Action) başlandığını elan etmişdir

{nl}

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 12-də Bakıda Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisinin açılışı mərasimindəki çıxışında "Ətraf mühitin mühafizəsi fəaliyyəti üzrə beynəlxalq dialoq" - IDEA (International Dialog on Enviromental Action) adlı qlobal gənclər kampaniyasının başlandığını elan etmişdir. 
Kampaniya çərçivəsində gənclərin və beynəlxalq ictimaiyyətin diqqətini ekologiya və ətraf mühitin mühafizəsinin zəruriliyi məsələlərinə cəlb etməyi nəzərdə tutan bir sıra aksiyaların keçirilməsi planlaşdırılır.
Kampaniyanın başlanmasını elan edən Leyla Əliyeva, həmçinin birinci aksiyaya - Azərbaycanın təbiətinə və ətraf mühitinə həsr olunmuş fotomüsabiqəyə start vermişdir. O bildirmişdir ki, fotomüsabiqəyə oktyabrda Bakıda, müsabiqə iştirakçılarının Müasir İncəsənət Muzeyində keçiriləcək sərgisi çərçivəsində yekun vurulacaqdır.
Qeyd edək ki, Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə ənənəvi olaraq böyük diqqət yetirilir. Prezident İlham Əliyevin sərəncamı ilə "Ekologiya ili" elan edilmiş 2010-cu ildə Abşeronun yaşıllaşdırılması, meşələrin mühafizəsi və bərpası, habelə tullantıların və çirkab suların idarə edilməsi işlərinin təkmilləşdirilməsi, neftlə çirklənmiş ərazilərdə və Bakı buxtasında ekoloji vəziyyətin yaxşılaşdırılması, su resurslarının təmizliyinin qorunması və içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, bioloji müxtəlifliyin mühafizəsi və bərpası, milli parkların infrastrukturunun inkişaf etdirilməsi və s. üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.
Hazırda ölkəmizdə çoxsaylı layihələrin, o cümlədən alternativ energetikanın inkişafı, Azərbaycanda və Cənubi Qafqazda ekoloji vəziyyəti yaxşılaşdırmağa xidmət edən bərpa olunan enerji mənbələrindən istifadə üzrə layihələrin icrası davam etdirilir.
Xatırladaq ki, "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisi Heydər Əliyev Fondunun və BMT-nin İnkişaf Proqramının təşkilati dəstəyi ilə Müasir İncəsənət Muzeyində açılmışdır. Sərgidə Azərbaycanda işləyən və ölkəmizə səfər edən diplomatlar və əcnəbi vətəndaşlar tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında