Akkan Suver: Azərbaycan Prezidenti İlham Əliyevin etimadını doğrultmaq üçün səylərimizi gücləndirəcəyik

Türkiyənin Avrasiya Strateji və Sosial Araşdırmalar Fondunun sədri, professor Akkan Suver bildirmişdir ki, bütün türk dünyası üçün mühüm bir toplantı olan Dünya Azərbaycanlılarının III Qurultayında fasilə zamanı biz xoş bir sürprizlə qarşılaşdıq. 
Təkcə Azərbaycan deyil, bütün türk diasporunun həmrəyliyinin möhkəmlənməsi prosesinə böyük əhəmiyyət verən Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyət göstərən bir qrup ictimai xadimə, o cümlədən mənə ölkənin ali mükafatlarından sayılan "Dostluq" ordenini təqdim etdi. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıyan sarayda Azərbaycan dövlətinin başçısının xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də iştirak etdikləri təqdimat mərasimində Prezident İlham Əliyevin mənim Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərimi qeyd etməsi, uğurlar diləməsi və gələcəkdə də bizə dəstəyini əsirgəməyəcəyini söyləməsi məni çox qürurlandırdı.
Mən bu mükafatı Türkiyənin bütün qeyri-hökumət təşkilatları adından qəbul etdiyimi, Azərbaycan Prezidentinin bu etimadını doğrultmaq üçün səylərimizi gücləndirəcəyimizi bildirdim.
Bakıda Keçirilmiş Dünya Azərbaycanlılarının III qurultayı ilə bağlı təəssüratlarını da bölüşən Akkan Suver demişdir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təməlini qoyduğu bu möhtəşəm tədbir heç vaxt yaddan çıxmayacaqdır. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn diaspor təmsilçiləri bütün türkçülüyü təmsil edirdilər.
Anadoludan Amerikaya və Uzaq Şərqə qədər böyük ərazidə yaşayan türkləri birləşdirmək, onların həmrəyliyinə nail olmaq baxımından bu qurultay bir cazibə mərkəzinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə türk dünyası vahid diasporunun ortaq bir "yol xəritəsi" meydana çıxmaqdadır. Bu fəaliyyət proqramı türk dünyasının Dağlıq Qarabağ problemi başda olmaqla bütün məsələlərinin həllində güclü bir lobbisinin formalaşdırılmasına imkan verəcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında