Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" Qanunda elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Dəyişikliyə əsasən, Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılıb. Belə ki, iyulun 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi- tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyaları artırılır. 
Qeyd etmək lazımdır ki, tətbiq edilən yeni dəyişiklik bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına şamil edilmir. Elmi-tədqiqat və ya təhsil müəssisələrində işləmiş pensiyaçıların əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat məbləğində əlavə hesablanır.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu artımlar təxminən 5910 nəfərə şamil olunacaq. Onların 1460 nəfəri elmlər doktoru, 4450 nəfəri isə elmlər namizədidir.
Qanuna edilən dəyişikilik ancaq işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək və dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaqdır. Qeyd edək ki, iyulun 1-dən "Əmək pensiyaları haqqında" Qanunda Azərbaycanda 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq artırılmasını nəzərdə tutan dəyişikliklərin də tətbiqinə başlanılıb. Bu artımlar təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyasının əsaslı şəkildə artımına gətirib çıxaracaq. Əmək pensiyalarına nəzərdə tutulan bu artımlar Azərbaycan Prezidenti İlham Əliyevin insan amilinə, yəni xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfə verəcəkdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında