Çexiya Respublikasının Prezidenti Vatslav Klaus Azər-Çex Cəmiyyətinə məktub göndərmişdir

Çexiyada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov bildirmişdir ki, Goranboy rayonunda xocalılıların məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə eyni faciə ilə üzləşmiş Çexiyanın Liditse şəhərinin adı verilmişdir.  
İyulun 8-də həmin küçənin rəsmi açılışı olmuşdur. Tədbirdə Çexiyanın Lidiçe qəsəbəsi ilə Xocalı arasında yaranmış əməkdaşlıq haqqında iştirakçılara məlumat verilmiş, "Lidiçe" sənədli filmi nümayiş olunmuşdur.
Sonra Lidiçe Xatirə Kompleksinin əməkdaşı Vladimir Kovaçik və Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev üzərində "Liditse küçəsi" yazılmış barelyefin üzərindən ağ örtüyü götürmüşlər.
Çexiya Respublikasının Prezidenti Vatslav Klaus bu əməkdaşlığın yaranmasında fəal iştirak etmiş Azər-Çex Cəmiyyətinə məktub göndərmişdir.
Məktubda deyilir: "Cənab sədr, Azərbaycanın Xocalı şəhərində Lidiçe küçəsinin təntənəli açılış mərasiminə göndərdiyiniz dəvətə görə və 70 illik yubileyimi təbrik etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Bu yaxınlarda Azərbaycana etdiyim rəsmi səfərimi xoş duyğularla xatırlayıram. Bu səfər mənə Sizin ölkəniz və bütün bölgə haqqında çox mətləblərə aydınlıq gətirdi. Əfsuslar olsun ki, coğrafi baxımdan uzaq məsafə bu dəvəti qəbul etmək imkanı vermir, ancaq mən Çexiyanın Azərbaycandakı səfiri Radek Matulaya tapşırdım ki, açılış mərasimində şəxsən iştirak etsin.
Hörmətli sədr, icazənizlə Sizə və Azər-Çex Cəmiyyətinə bir daha təşəkkürümü bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram.

{nl}

İmza: Vatslav Klaus".
Pərvanə Qarayeva AzərTAc-ın xüsusi müxbiri
Praqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında