Naxçıvanda gənclərin hərbi xidmətə yola salınması yüksək mütəşəkkillik şəraitində davam edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkə vətəndaşlarının 2011-ci ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı fərmanından irəli gələn vəzifələr Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunur. Hazırda çağırış yaşı çatmış gənclərin, eləcə də ölkəmizin Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə yola salınması yüksək mütəşəkkillik şəraitində davam edir. 
İyulun 12-də Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığında çağırışçıların hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Muxtar respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimai təşkilatların, valideynlərin və qonaqların iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Muxtar Respublikanın hərbi komissarı, polkovnik-leytenant Səxavət Salmanov vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edərək demişdir ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə orduya ayrılan vəsait, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin yaradılması, ordunun müasir hərbi texnika ilə komplektləşdirilməsi bunu deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Həsən Əliyev çıxış edərək çağırışçılara ordu sıralarında ləyaqətlə xidmət etməklə hərbin sirlərinə dərindən yiyələnməyi, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.
Valideynlər adından danışan Zeynal Nəsirov ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirmiş, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini demişdir.
Çağırışçılar adından çıxış edən Ramil Nəsirov vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını can-başla, sözsüz yerinə yetirəcəklərinə söz vermişdir. Bu günün onun həyatında ən əlamətdar hadisə olduğunu bildirən gənc çağırışçının nitqində belə bir əminlik ifadə olunmuşdur ki, əgər torpaqlarımızın sülh yolu ilə azad olunması üçün aparılan danışıqlar nəticə verməsə, onda Ali Baş Komandanın əmri ilə əsgərlərimiz düşmən üzərində layiqli qələbə çalıb qalib döyüşçü kimi evə qayıdacaqlar.
Həmin gün Şahbuz və Sədərək rayon hərbi komissarlıqlarından da hərbi xidmətə yolasalma mərasimləri keçirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında