Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi olacaqdır

Jurnalistlər üçün tikiləcək binanın təməlqoyma mərasimi olacaqdır. 
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirmişdir.
V.Səfərli jurnalistlər üçün tikiləcək yaşayış binasının təməlqoyma mərasiminin 22 iyul - Milli Mətbuat Günündə keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır: "Burada texniki məsələlər vardır. Ola bilər ki, iyulun 22-də və ya iyulun sonuna qədər təməlqoyma mərasimi keçirilsin".
V.Səfərli layihənin artıq təsdiq edildiyini, binanın iki bloklu, 18 mərtəbəli, mənzillərin isə 2 və 3 otaqlı olacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında