Ucarda Qələbə günü qeyd edilib

Faşizm üzərində tarixi Qələbənin 65 illiyi Ucar rayonunda da təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rayon icra hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq bir sıra silsilə tədbirlər keçirilib. Rayonun bütün məktəblərində, mədəniyyət, səhiyyə ocaqlarında, o cümlədən idarə və müəssisələrində Qələbənin 65 illiyi ilə əlaqədar müxtəlif mərasimlər təşkil olunub, Böyük Vətən və Qarabağ müharibəsinin iştirakçıları ilə görüşlər keçirilib. Həmin tədbirlərdə çıxış edənlər möhtəşəm qələbənin qazanılmasında Azərbaycan xalqının qəhrəman oğullarının şücaət göstərdiyini xüsusi vurğulayıb. Keçirilən yığıncaqlarda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin səviyyəsinin daha da yüksəldilməsi diqqətə gətirilib, oğul və qızlarımızın bu gün də qəhrəmanlıq nümunəsi göstərəcəyi, öz torpaqlarımızı düşmən tapdağından azad edəcəyi barədə fikirlər səsləndirilib.
Həmin tədbirlərin davamı olaraq ictimaiyyətin, əmək, müharibə veteranlarının iştirakı ilə rayon mərkəzində Böyük Vətən müharibəsində həlak olan ucarlıların xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək dəstələri qoyulub. Sonra tədbir rayon icra hakimiyyətinin ideoloji mərkəzində davam etdirilib. Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov veteranları qələbə münasibətilə ürəkdən təbrik edib, bu tarixi günün qazanılmasında onların, eyni zamanda arxa cəbhədə fəal çalışanların qəhrəmanlığından söhbət açıb. Sonra rayonda yaşayan Böyük Vətən müharibəsi iştirakçılarına rayon icra hakimiyyətinin pul mükafatları verilib. Onlara Azərbaycan Respublikası Prezidentinin 2 mart 2010-cu il tarixli sərəncamına uyğun olaraq "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı təqdim olunub.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında