Nəsimi rayonunda Qələbə bayramı qeyd edildi

II Dünya müharibəsinin başa çatmasının, faşizm üzərində tarixi qələbənin 65 illiyi ölkəmizdə təntənə ilə bayram edilir.
Qələbə bayramı münasibətilə Nəsimi rayonunda tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri və müharibə veteranları əvvəl Zorge parkında əfsanəvi kəşfiyyatçı, həmyerlimizin abidəsi önünə əklil və gül dəstələri qoydular. Sonra çay süfrəsi açıldı. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev veteranları bu böyük bayram münasibətilə təbrik etdi və onlara uğurlar dilədi. O bildirdi ki, 65 il əvvəl dünyanı faşizm dəhşətindən xilas edən, ağlasığmaz çətinliklərə sinə gərərək xalqlara azadlıq gətirən insanlar dərin hörmətə və minnətdarlığa layiqdirlər. Biz bu gün həmin müharibədə qəhrəmancasına həlak olaraq möhtəşəm qələbəni təmin etmiş insanların ruhu qarşısında baş əyirik.
Tədbirdə rayon icra hakimiyyətinin dəstəyi ilə işıq üzü görmüş "1941-45-ci illər müharibəsinin veteranları böyük qələbənin varisləridir" kitabının təqdimatı keçirildi. Kitabda Nəsimi rayonundan olan müharibə iştirakçıları barədə məlumatlar, böyük qələbəyə xalqımızın verdiyi töhfələr barədə dolğun informasiya, həmçinin Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərmiş soydaşlarımız barədə yazılar verilmişdir.
Tədbirdə bir qrup veterana "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı təqdim olundu.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında