Rumıniya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

Azərbaycanda səfərdə olan Rumıniyanın hakim Demokrat Liberal Partiyasının nümayəndə heyəti iyulun 11-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşdür. Z.Əsgərov demişdir ki, Azərbaycan ilə Rumıniya arasındakı dostluq əlaqələrinin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. 
Azərbaycanın Avropa inteqrasiya etdiyini vurğulayan Z.Əsgərov bu istiqamətdə Rumıniyanın təcrübəsindən istifadə edildiyini bildirmişdir. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın Rumıniya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu xüsusi qeyd etmiş, hər iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.
Sonra Z.Əsgərov Azərbaycanın iqtisadi inkişafı, uğurla həyata keçirilən neft strategiyası, ölkənin ümumi inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə rəsmi Buxarestə və rumın xalqına minnətdarlığını bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu demişdir ki, ölkələrimiz arasındakı əlaqələrin qədim tarixi vardır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başlamışdır. Sevindirici haldır ki, Prezident İlham Əliyev də ulu öndərin siyasi kursunu uğurla davam etdirir və münasibətlərimiz daha da möhkəmlənir. 2004-2011-ci illər ərzində ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanmışdır. Rumın xalqı azərbaycanlı dostlarını çox sevir. Məhz bu sevginin nümunəsidir ki, Buxarestdə qardaş xalqın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır.
N.Ontsanu demişdir ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.
Qonaq Azərbaycanın və Rumıniyanın hakim partiyaları arasında da əlaqələrin inkişafının vacibliyini vurğulamış və bunun ümumi işin xeyrinə olduğunu bildirmişdir.
Sonra görüşdə siyasi partiyalar, parlamentlər, eləcə də vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında