Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları pulların satışının dayandırılmasını tələb etmişdir

Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları dəmir pulların satışının dayandırılması ilə əlaqədar Almaniyada fəaliyyət göstərən tanınmış "Ebay", "Emuenzen" və "Pfalzmuenzen" şirkətlərinə etiraz məktubu göndərmişdir. 
Bir neçə gün bundan əvvəl Mərkəzi Şuranın rəhbəri qeyd edilən şirkətlərin saytlarında ermənilərin Dağlıq Qarabağa aid buraxdıqları xırda pulların satışına dair elanın şahidi olmuşdur. 1- 5 dram, 50 luma dəyərlərində olan pulların üzərində ingilis dilində "Nagorno-Karabakh Republic", erməni dilində "Dağlıq Qarabağ Respublikası" və zərfin üzərində almanca "Nagornz Karabach" sözləri yazılmışdır. Pulların üzərində, həmçinin Dağlıq Qarabağın Ermənistana aid olduğu, Qarabağ dramının 2005-ci ildən istifadəyə verilərək Ermənistan dramı ilə birə-bir dəyişdirilə bilməsi haqqında ayrıca məlumat verilmişdir.
Məsələ ilə bağlı Mərkəzi Şuranın etiraz məktubunda bildirilir ki, ermənilərin bu hərəkəti alman xalqına və numizmatlara yanlış məlumatların verilməsinə, iki ölkə arasında gərginliyin daha da artmasına xidmət edir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümidverici addımların atıldığı bir vaxtda numizmatika yolu ilə belə bir çirkin siyasətin aparılması yolverilməzdir.
Etiraz məktubunda Dağlıq Qarabağa aid buraxılan pulların satışının dayandırılması və internet saytlarından çıxarılması tələb olunmuşdur.

{nl}

AzərTAc

{nl}

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında