Azərbaycanda demoqrafik vəziyyət ürəkaçandır

Azərbaycanda demoqrafik vəziyyət ürəkaçandır
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin əvvəlindən iyul ayının 1-nə kimi ölkə əhalisinin sayı 54 min nəfər artaraq 9165 min nəfərə çatmışdır. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. 22,3 faizi 14 yaşadək, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.
2011-ci ilin birinci yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfəri hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artmışdır.Cari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir.
Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınmış və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1000 nəfəri hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1 dən - 1,2-yə qədər artmışdır.
Bu ilin altı ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,2 min nəfər ölkədən getmişdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında