Azərbaycan dini tolerantlıq baxımından bütün dünyaya nümunə ola bilər

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov demişdir.
H. Orucov bildirmişdir ki, Azərbaycanda dini etiqad azadlığı həmişə təmin olunmuşdur. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq ənənələrinin daha da möhkəmlənməsi və gücləndirilməsi istiqamətində dövlətimizin başçısı perspektivli siyasət aparır. Artıq dünya birliyi bu həqiqəti etiraf etmək məcburiyyətində qalır ki, Azərbaycan xaricə yalnız neft qaz deyil, eyni zamanda tolerantlıq ənənələrini ixrac edə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri demişdir ki, xaricdə yaşayan soydaşlarımız daim diqqət mərkəzindədir. Biz soydaşlarımızdan çoxlu məktublar alırıq. Soydaşlarımızın yaşadığı ölkələrin müvafiq dövlət qurumları ilə əlaqələr saxlayırıq. İndiyədək bir neçə ölkədə yaşayan azərbaycanlılar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) həmin ölkələrdə bu dini mərkəzin nümayəndəliyinin açılması ilə bağlı müraciətlər daxil olmuşdur. Onları həll etmək istiqamətində fəaliyyət göstəririk.
Gələcəkdə QMİ-nin xarici ölkələrdə nümayəndəliklərini açmağı planlaşdırırıq.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında