Dünya Azərbaycanlılarının III Qurultayı diaspor fəaliyyətində yeni mərhələ açmışdır

Dünya azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilk dəfə ümummilli lider Heydər Əliyevdən gəlmişdir. Bu təşəbbüs bütün dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində, diasporumuzun təşkilatlanmasında çox böyük rol oynamışdır. 
Bu sözləri AzərTAc-a müsahibəsində Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçısı, Kanadada yaşayan soydaşımız Saleh Yıldırım demişdir.
Dünya Azərbaycanlıların III Qurultayında iştirak edən S.Yıldırım bundan qürur duyduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan dövlətinin təşkilatçılığı ilə qurultayın, eləcə də digər tədbirlərin keçirilməsi diaspor təşkilatlarımızı daha da ruhlandırır. Onlar arxalarında Azərbaycan kimi qüdrətli dövlətin dayandığını hiss edirlər. Bu da bizi daha irəli getməyə, Azərbaycanın haqq işini daha geniş təbliğ etməyə ruhlandırır. Qurultayın bir əhəmiyyəti də bütün dünyada yaşayan azərbaycanlıları əhatə və təmsil etməsindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında