Xarici İşlər Nazirliyinin əməkdaşları peşə bayramları günü münasibətilə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

İyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 92-ci ili tamam olur. 
1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verən ulu öndər Heydər Əliyev diplomatiyamızın sağlam əsaslara söykənməsinə hər zaman diqqət və qayğı göstərmişdir.
Ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilmişdir. Bu, Prezidentin Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir.
Peşə bayramları münasibətilə Xarici İşlər Nazirliyinin əməkdaşları iyulun 9-da Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn xarici siyasət idarəsinin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında