Azərbaycan ilə Belarus arasında nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində Belarus Respublikasının nəqliyyat və kommunikasiya naziri İvan Şerbo ilə görüş olmuşdur. 
Nazirliyin mətbuat katibliyindən bildirmişlər ki, qonaqları salamlayan nazir Ziya Məmmədov son illər Azərbaycanın inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə olunan nailiyyətlərdən, o cümlədən respublikamızın yol-nəqliyyat infrastrukturunda aparılan yeniliklərdən danışmış, həmçinin həyata keçirilən iri regional layihələr barədə məlumat vermişdir.
Nəqliyyat sektorunun Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir və avtomobil yolları, avtomobil nəqliyyatı barəsində ətraflı məlumat verən nəqliyyat naziri bu istiqamətdə Belarus ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini, bu əməkdaşlığın həm Azərbaycanın, həm də Belarusun nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulamışdır.
Azərbaycanın nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan İvan Şerbo ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırmışdır.
Görüşdə ikitərəfli əlaqələr, əməkdaşlığın genişləndirilməsi, birgə həyata keçirilən layihələr və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında