Səbail sakinləri ilə növbəti görüş

Vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması, sakinlərin istək, arzu və təkliflərinin dinlənilməsi, onlara hesabat verilməsi Səbail rayonunda ənənə şəklini almışdır. Təsdiq olunmuş qrafik üzrə qəsəbələrdə, yaşayış sahələrində RİH başçısının rayonun hüquq-mühafizə orqanları və təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə açıq qəbulları keçirilir. 
Növbəti belə açıq qəbul Mətbuat prospekti, 2 ünvanda 4 çoxmərtəbəli binanın həyətində yenicə tikilmiş xeyir-şər yerində keçirilmişdir. AMEA-nın Coğrafiya və Botanika institutlarının elmi işçilərinin, ziyalıların, hərbçilərin və s. yaşadıqları həyətdə bir neçə ay əvvəl də RİH başçısının görüşü keçirilmiş, sakinlərin təklif və arzuları dinlənilmişdi.
Keçən müddət ərzində həyətin təmiri ilə bağlı müvafiq işlər görülmüş, yarımçıq qalmış xeyir-şər yeri lazım olan bütün inventarla təmin olunaraq sakinlərin istifadəsinə verilmişdir. Mini-stadion da təmir olunmuş, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğuları yaradılmışdır. Həyətə oturacaqlar, zibil qutuları qoyulmuş, metal çəpərlər quraşdırılmış, işıqlandırma məsələləri həll olunmuşdur.
Görüşdə bunlardan söz açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rayonda həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat vermişdir. Qeyd olunmuşdur ki, son 1 ildə təkcə Badamdar qəsəbəsində "Abad həyət" layihəsi əsasında 9 həyət əsaslı təmir olunub, 4 istirahət bağı və guşəsi yaradılıb. Xeyir-şər yeri tikilib. Mədəniyyət evi, 236 saylı orta məktəb, uşaq bağçası əsaslı təmir olunub. Xanlar, 2 ünvanda yeni park salınıb. Yeni "Badamdar" yarımstansiyası istifadəyə verilib, 2 su anbarı tikilib.
Prezident İlham Əliyevin bu il aprelin 20-də Badamdara gəlişindən sonra qəsəbədə 880 şagird yerlik orta məktəb, 120 nəfərlik uşaq bağçası və xəstəxana tikintisi ilə bağlı sərəncam verilmişdir. Hazırda layihələndirmə və hazırlıq işləri aparılır.
Görüşdə Səbail rayonunda həyata keçirilən "Abad həyət" layihəsinin davam etdiriləcəyi, sakinlərin sosial problemlərinin həlli istiqamətində əlavə tədbirlərin nəzərdə tutulduğu bildirilmişdir. Həyətdəki xeyir-şər yerinə RİH kondisioner hədiyyə etmişdir.
Akademiklər Bəkir Nəbiyev və Maqsud Əliyev, professor Müseyib Müseyibov, elmlər namizədi Habil Haqverdiyev və başqaları sakinlər adından həyətdə yaradılan şərait, rayonda aparılan işlərə görə minnətdarlıqlarını bildirmişlər.
Qəbulda sakinlərin həyətin arxa hissəsində yeni söhbətgah qurulmasına dair müraciəti ilə bağlı RİH başçısı yerindəcə tapşırıq vermiş və artıq ərazinin abadlaşdırılmasına başlanmışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında