Şamaxıda xeyriyyə toyu

Şamaxının Qaleybuğurd sakini, Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin oğul toyu rayondan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanovun xeyriyyəçilik köməyi ilə böyük el şənliyinə çevrilmişdir.
Rayon mərkəzindən 35 kilometr uzaqda yerləşən dağ kəndində Bəhlul və Ramilənin şərəfinə qurulmuş toy məclisində rayon ictimaiyyətinin təmsilçiləri, Milli Məclisin üzvləri, ölkənin tanınmış incəsənət ustaları, xarici qonaqlar da iştirak etmişlər. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşənlərin ailələrinə qayğı ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bugünkü toy da bu diqqət və himayədarlığın bir nümunəsidir. Deputatlardan Xanhüseyn Kazımlı, Əli Hüseynli, Rövşən Rzayev, Qənirə Paşayeva, Azər Kərimli, Belçikalı parlamentar Filipp Blenşar bəylə-gəlini təbrik etmiş, onlara xoşbəxtlik arzulamış, toy hədiyyəsi vermişlər.
Məclis sahibi Mərdan Hacıyev göstərilən xeyriyyə köməyinə, övladının toyunun belə təntənəli keçirilməsinə görə təşkilatçıya və hörmətli qonaqlara razılığını bildirmiş, Vətənin ağır günündə döyüş meydanında olduğundan qürur duyduğunu söyləmişdir.
Xalq artisti Ramiz Əzizbəylinin apardığı şənlikdə xalq artisti Alim Qasımovun, əməkdar artist Zabit Nəbizadənin, Şirvan aşıqlarının səsləndirdikləri muğam və mahnılar məclisə yüksək təntənə gətirmişdir. Ulu Dədə Qorqudun ifasında bəylə-gəlinə el xeyir-duası verilmişdir.
Millət vəkili Elxan Süleymanov toy qurulan həyətdə qısa müddətdə bəylə gəlinə 3 otaqlı ev tikib hədiyyə ediləcəyini bildirmişdir.

{nl}

T.RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında