Azərbaycan Fövqəladə Hallar Nazirliyi paytaxtın sürüşmə zonalarında monitorinq keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi paytaxtın sürüşmə zonalarında monitorinq keçirib. Bu barədə APA-ya nazirlikdən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı Regional Mərkəzi əsasnaməsinə uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən sürüşmə zonalarında mütəmadi olaraq monitorinqlər həyata keçirir. Növbəti belə monitorinq Səbail rayonunda, Bayıl sürüşmə sahəsində keçirilib. Monitorinqdə mərkəzin əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin, Bakı Regional Mərkəzin Əlaqələndirmə Komissiyasının, Səbail bələdiyyəsinin nümayəndələri iştirak ediblər. Monitorinqlərin nəticəsi qaneedici olsa da, elə monitorinq yerində keçirilmiş səyyar müşavirədə mövcud vəziyyət müzakirə olunub, gələcəkdə baş verə biləcək fəsadların ehtimalı araşdırılıb. Sonda monitorinqləri gələcəkdə də davam etdirmək qərara alınıb.
Növbəti monitorinq Xətai rayonu Əhmədli-1 və Əhmədli-2 sürüşmə sahələrində keçirilib. Monitorinq nəticəsində ərazidə qoyulmuş mayaklarda dəyişikliyin olmadığı müşahidə edilib, ərazidə nisbi stabil vəziyyət qeydə alınıb. Monitorinq iştirakçıları, eləcə də monitorinqi maraqla izləyən bir qrup yerli sakin sürüşmə zonalarında mütəmadi monitorinqlərin keçirilməsinin vacibliyini qeyd ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında