Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilmişdir

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Azərbaycan paytaxtında keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının bir qrup iştirakçısı ilə görüşmüşlər.
İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev Azərbaycan diasporunun nümayəndələrinə ölkə iqtisadiyyatı, qazanılmış uğurlar və iqtisadiyyatın inkişaf perspektivləri, həmçinin təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat vermişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə iştirak edən diaspor nümayəndələri ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi, yaşadıqları xarici ölkə şəhərləri ilə Azərbaycan şəhərlərinin qardaşlaşması, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da inkişafı, xarici ölkələrdə həyata keçirilən layihələrdə Azərbaycan iş adamlarının iştirakı məsələləri ilə bağlı təkliflər səsləndirmişlər.
Təkliflərlə bağlı müzakirələr aparılmış, İqtisadi İnkişaf Nazirliyinin məsul əməkdaşları qurumun səlahiyyətləri çərçivəsində Azərbaycan diasporu nümayəndələrinin təkliflərinin nəzərə alınacağını və reallaşdırılması üçün lazımi dəstək göstəriləcəyini bildirmiş, qonaqları maraqlandıran sualları cavablandırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında