Yeni nəşrlər

"Qələmlə yazılmış şərəfli ömür yolu"
9 May - Qələbə Günü ərəfəsində Hacı Mehman Fərzullayevin çapdan çıxmış bu kitabçası klassik Azərbaycan jurnalistləri ordusunun son magikanlarından biri, 86 illik ömrünün 60 ildən çoxunu müqəddəs "söz"ün keşiyində dayanmış, uzun illər boyu Azərbaycan Dövlət İnformasiya Agentliyində, milli mətbuatımızın şəriksiz lideri olan "Kommunist" (indiki "Xalq qəzeti") qəzetində işləmiş, şəxsiyyəti, əqidəsinin düzlüyü, halallığı, prinsipiallığı ilə həmişə nümunə olmuş, nəhayət 1941-1945-ci illərin Böyük Vətən müharibəsinin od-alovundan keçmiş, həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyi danılmaz xidmətləri çoxsaylı orden, medal və digər təltiflərə layiq görülmüş, müdrik insan, dəyərli el ağsaqqalı Kazım Hacıhüseyn oğlu Ələkbərovun mənalı ömür yoluna işıq salır.
Əslində, Kazım müəllimin ömür yolu və yaradıcılığı o qədər zəngin və çoxşaxəlidir ki, daha geniş və əhatəli tədqiqat mövzusu ola bilər və bu günün və gələcəyin jurnalistləri üçün bu, örnək olmağa layiqdir. Təsadüfi deyildir ki, uzun illər onunla birgə işləmiş, "Kommunist" qəzetinin redaktoru olmuş, görkəmli jurnalist, mərhum Rəşid Mahmudov Kazım müəllimi "jurnalistikada şəxsiyyət" və "hər iki cəbhənin qəhrəmanı" adlandırmışdır.
Hacı Mehmanın Qələbə Günü ərəfəsində xoş niyyətlə ərsəyə gətirdiyi bu əsər hər iki cəbhənin qəhrəmanına, ağsaqqal jurnalistə, eləcə də jurnalistikanı bu gün özünə peşə seçən gənclərə qiymətli töhfədir.

{nl}

Qüdrət PİRİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında