Prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildirmişlər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir.
Prokurorluğun kadr korpusunun formalaşdırılması işində alternativi olmayan işə qəbulun bu demokratik proseduru əsasında işə qəbulların keçirilməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllinin təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində atılan mühüm addımlar olmuşdur.
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan 2011-ci il iyulun 21-də Azərbaycan Texniki Universitetinin İdman sarayında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5). İmtahan saat 10.00-da başlayıb, saat 14.00-da qurtaracaqdır.
Namizədlər yalnız "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. "Yaddaş kitabçası"nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilmişdir.
İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Yazılı imtahana buraxılış vərəqəsi"ni iyulun 18-19-da saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.
Əlavə məlumatı 492-63-62, 492-62-23 və 492-74-32 nömrəli telefonlarla almaq olar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında