Xocalılılar məskunlaşdıqları Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə eyni faciə ilə üzləşmiş Çexiyanın Liditse şəhərinin adını vermişlər

Ermənilərin Xocalıda törətdikləri faciə 1942-ci ildə almanlar tərəfindən Çexiya Respublikasının Liditse şəhərində də törədilmişdir. Eyni müsibəti yaşamış hər iki ölkənin vətəndaşları indi keçirdikləri görüşlərdə gördükləri dəhşətləri yada salmaqla təskinlik tapırlar. Bir neçə dəfə Çexiyada olmuş xocalılılar orada Xocalı küçəsinin açılışında da iştirak etmiş, unudulmaz görüşlər keçirmişlər.
Növbəti görüş isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində reallaşmışdır. Çexiyadan gəlmiş qonaqlar xocalılılarla birlikdə əvvəlcə Goranboy rayonunda "Xocalı" soyqırımı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Sonra Aşağı Ağcakənd qəsəbəsinə gələrək burada ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə ulu öndərə ehtiramlarını bildirmişlər. Sonra qonaqlar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri qəsəbədə Çexiyanın Liditse şəhərinin adı verilmiş küçənin açılışında iştirak etmişlər.
Bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə açan Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qonaqları salamlamış, xocalılıların və liditselilərin başlarına gətirilən müsibətlərdən danışmışdır. O, keçmiş sovetlər birliyinin ordu sıralarında on minlərlə azərbaycanlının faşist Almaniyasına qarşı müharibədə canlarından keçdiyini yada salaraq təəssüflə bildirmişdir ki, 50 ildən sonra, 1992-ci ilin fevral ayının 26-da erməni və rus hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində Liditse faciəsinə bənzər başqa bir soyqırımı hadisəsi törədilmişdir.
Mərasimdə Dağlıq Qarabağ Azərbaycanlı İcmasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Çexiyanın Azərbaycandakı səfiri Radek Matula və başqaları çıxış edərək Xocalı ilə Liditse arasında mövcud əlaqələrin bundan sonra da genişləndirilməsinin vacibliyindən, eləcə də yer üzündə insanlığa qarşı törədilən soyqırımlarına qarşı birgə etiraz səsi ucaldılmasının əhəmiyyətindən söhbət açmışlar.
Sonra iştirakçıların alqış sədaları altında üzərində "Liditse küçəsi" yazılmış barelyefin üzərindən ağ örtük götürülmüş, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir qəsəbə mədəniyyət evində davam etdirilmişdir. Əvvəlcə 1942-ci il iyun ayının 10-da Çexiyanın Liditse şəhərində törədilmiş faciə ilə bağlı sənədli film nümayiş etdirilmişdir. Sonra Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Çexiyanın Liditse şəhərinin icra nümayəndəsi Vladimir Kuvaçik, Azərbaycan diasporunun Çexiyadakı nümayəndəsi Elşən Nəzərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev və başqaları çıxış edərək Xocalıda və Liditsedə törədilən qırğınları bəşəriyyətə, insanlığa yönəldilən soyqırımı kimi qiymətləndirmiş, onun bir daha təkrarlanmaması üçün dünya ölkələrini bu faciələrlə bağlı öz münasibətlərini bildirməyə çağırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında