Seminar-müşavirədə şəkər çuğundurunun elmi əsaslarla becərilmə texnologiyasının əhəmiyyəti diqqətə çatdırılmışdır

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bu il iyunun 18-də akademik Həsən Əliyev adına "Araz" Elm İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında olmuş, birliyin təcrübə mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, muxtar respublikanın fermer və torpaq mülkiyyətçiləri üçün burada seminarların təşkil edilməsi və s. barədə tapşırıqlar vermişdir.
Həmin tapşırıqların icrası ilə əlaqədar iyulun 7-də birliyin yardımçı təsərrüfatının şəkər çuğunduru sahəsində "Şəkər çuğundurunun elmi əsaslarla becərilmə texnologiyasının əhəmiyyəti" mövzusunda tarla seminar-müşavirəsi keçirilmişdir. Tədbirə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri, Şərur və Babək Rayon icra hakimiyyətlərinin nümayəndələri, rayonların şəkər çuğunduru əkən fermerləri dəvət olunmuşdur. Akademik Həsən Əliyev adına "Araz" Elm İstehsalat Birliyinin Baş direktoru Bəhruz Bayramov şəkər çuğunduru əkilməsi üçün yerin şumlanması, mineral və üzvi gübrələrdən istifadə edilməsi, şəkər çuğunduru bitkisinin xəstəlik və ziyanvericilərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər aqrotexniki qaydalardan danışmışdır. Bildirmişdir ki, şəkər çuğunduru əkiləcək sahələrdə şum altına hər hektara 300 kiloqram fosfor, 200 kiloqram kalium gübrəsi verilməsi vacibdir. Şəkər çuğunduru sahələrinə birinci yemləmə zamanı 100 kiloqram azot gübrəsi, ikinci yemləmə zamanı da əlavə olaraq 100 kiloqram gübrə verilməlidir.
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Xaliq Abbasov, Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov, fermer Mübariz Şirəliyev çıxış edərək azot, fosfor, kalium mineral gübrələrindən istifadə qaydaları barədə məsləhətlər vermişlər. Sonda seminar-müşavirə iştirakçılarına şəkər çuğunduru əkini ilə bağlı kitabçalar paylanmışdır.
Qeyd edək ki, birliyin yardımçı təsərrüfatında 4,5 hektar sahədə Mandarin, Konoriya, Orion, Çentaure və Flores şəkər çuğunduru sortları əkilmişdir. Burada əkin texnika ilə aparılmış, 4 dəfə suvarılmış, ziyanvericilərə və xəstəliklərə qarşı dərmanlanmışdır. Buna görə də şəkər çuğunduru bitkisi yaxşı inkişaf edir, bol məhsul əldə ediləcəyi gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında