Bakıda "Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir

İyulun 8-də Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) Nazirliyinin və Fransanın Beynəlxalq Münasibətlərin İnkişafı və Əlaqələndirilməsi Agentliyinin (ADECRİ) birgə təşkilatçılığı ilə "Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar" mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. 
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirdə nazirliyin rəhbərliyinin, Fransanın ölkəmizdəki səfirliyinin, müvafiq hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların, tibbi-sosial ekspertiza və bərpa-müalicə xidmətinin, sosial müdafiə təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Konfransın məqsədi Azərbaycanda əlil insanlarla bağlı həyata keçirilən siyasətin və onun icrası istiqamətində görülən işlərin, habelə beynəlxalq konvensiyalardan, o cümlədən BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində ölkəmizdə mövcud vəziyyətin ətraflı təhlil olunaraq qiymətləndirilməsi olmuşdur.
Konfrans, həmçinin qabaqcıl Avropa dövlətlərinin, xüsusən Fransa təcrübəsinin müəyyən məqamlarının təqdim edilməsi yolu ilə Azərbaycanın sosial siyasətin icrası sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, xüsusi qayğıya ehtiyac duyan insanların problemləri ilə məşğul olan vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmək məramına xidmət etmişdir.
Tədbirdə Azərbaycan və Avropada fiziki cəhətdən qüsurlu insanlarla bağlı son tendensiyalar, respublikamızda əlillərin sosial müdafiəsi, sosial reabilitasiyanın təşkili, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyası və s. mövzularda məruzələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında