Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşına mükafatlar təqdim edilmişdir

İyulun 8-də Prezident İlham Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) əməkdaşlarının təltif olunması ilə bağlı sərəncamının icrası ilə əlaqədar təqdimat keçirilmişdir. 
DQİDK-də keçirilən təqdimatda qurumun sədri Hidayət Orucov dövlət başçısı tərəfindən komitəyə göstərilən diqqət və qayğıdan danışmış, təltif olunanları təbrik etmiş, onlara fəaliyyətlərində yeni uğurlar arzulamışdır. Komitənin səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığı vurğulanmışdır.
Daha sonra Hidayət Orucov DQİDK-nın bir qrup əməkdaşına medalları təqdim etmişdir.
Təltif olunanlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Vurğulamışlar ki, bu mükafat onları daha fəal olmağa ruhlandırmışdır.
Xatırladaq ki, dövlət başçısının 2011-ci il 17 iyun tarixli sərəncamı ilə DQİDK-nın əməkdaşlarından 3 nəfər "Tərəqqi" medalı ilə, 3 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında