Bakıda İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi məsələləri mövzusunda seminar keçirilir

İyulun 8-də Bakıda "Avropa" hotelində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi məsələləri mövzusunda Avropa Məhkəməsi hakimlərinin iştirakı ilə hakimlər üçün seminar işə başlamışdır.
Məhkəmə-Hüquq Şurası tərəfindən Avropa Şurası ilə birgə keçirilən tədbirdə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin presedentlərinin məhkəmə fəaliyyətində tətbiqinin əhəmiyyəti qeyd edilmiş, bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların səmərəsi bildirilmişdir.
Seminarda Avropa Məhkəməsinin hakimləri Lopez Querra "Avropa Məhkəməsinin tərkibi və işlərə baxılma qaydası", "Ədalətli məhkəmə baxışı hüququ", Xanlar Hacıyev "Şəxsi və ailə həyatına hörmət hüququ" mövzularında çıxışlar etmiş, Azərbaycanla bağlı baxılan işlərin ümumi müzakirəsi keçirilmişdir.
Seminarda Avropa Şurasının eksperti doktor Başak Çalının Avropa Məhkəməsinin fəaliyyəti ilə bağlı müxtəlif aktual məsələlər üzrə çıxışları dinlənilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.
Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, Konstitusiya Məhkəməsinin məsul əməkdaşlarının, Ali, Apelyasiya və Birinci instansiya məhkəmələri hakimlərinin iştirakı ilə keçirilən seminar öz işini iyulun 9-da başa çatdıracaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında