Kosmik Məsələlər üzrə Şuranın növbəti toplantısı

İyulun 8-də Milli Aviasiya Akademiyasında Prezident İlham Əliyevin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" 2010-cu il 3 may tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təkliflər hazırlamaq məqsədilə yaradılmış Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilmişdir. 
İclasda Şuranın sədri, akademik Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülvi Seyidzadə, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev, Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin direktoru Alçın Şirinzadə, Kosmik Məsələlər üzrə Şuranın katibliyinin rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mirheydər İsmayılov və bu nazirliyin "Teleradio" İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov iştirak etmişlər.
Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev iştirakçıları salamlayaraq kosmik sənayenin yaradılmasının və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmış və bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini vermişdir.
Şuranın iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icra vəziyyəti, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması, orbital mövqelərin qeydiyyatı və əlaqələndirilməsi üzrə aparılan işlər barədə geniş məlumat vermişdir.
Sonra "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə ABŞ-ın "Orbital Sciences Corporation", Malayziyanın "Measat" və Fransanın "Arianespace" şirkətləri ilə bağlanmış müqavilələrin yerinə yetirilməsi vəziyyəti barədə geniş təqdimatla çıxış etmişdir. Kosmik Məsələlər üzrə Şuranın katibliyinin rəhbəri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mirheydər İsmayılov kosmik sahədə beynəlxalq əməkdaşlığın, beynəlxalq təşkilatlara üzvlüyün və konvensiyalara qoşulmağın vacibliyini qeyd edərək bu istiqamətdə atılan addımlardan danışmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında