Azərbaycanın Füzuli rayonunda orta əsrlərə aid iri yaşayış məskəni aşkarlanıb

Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında, Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni tapılmışdır

{nl}

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Bərdə arxeoloji ekspedisiyasının rəisi Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: "XIV əsrə aid edilən Şeyx Babı Yəqubi türbəsi ibadət və mədrəsə kimi istifadə olunub, sonradan böyük qalaya çevrilib. Çox güman ki, burada orta əsr müəlliflərinin əsərlərində adı çəkilən iri yaşayış məntəqələrindən biri yerləşib.
Bu ərazi bir tərəfdən Araz çayı ilə, digər tərəfdən Arazdan çəkilən qolla əhatələnib, bu da onun müdafiəsini şərtləndirən cəhət olub. İndi həmin ərazinin bir hissəsi qəbiristanlıq, bir hissəsi isə yaşayış evləri kimi istifadə olunur. Burada tədqiqatlar aparmağa çox böyük ehtiyac var. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır".
A. Məmmədov deyib ki, Qarabağ müharibəsinin gedişində əraziyə mərmilər düşdüyündən qədim yaşayış məskəninin bəzi hissələri artıq görünür: "Yəni burada arxeoloji qazıntılar aparmaq asan olacaq. Həmin ərazidən 3 km məsafədə "Nağara təpəsi" deyilən ərazidə antik və ilk orta əsrlərə aid yaşayış yeri də aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarmışıq. Təəssüf ki, həmin sərdabənin qarşısını kimsə daşla hörüb, qabağına da bir nəzir qutusu qoyub. Yaxın vaxtlarda bu ərazilərdə də arxeoloji tədqiqatlara başlamaq niyyətindəyik".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında