Beynəlxalq konqresdə Azərbaycan filosoflarının məruzələri böyük maraqla qarşılanmışdır

İyunun 27-dən iyulun 1-dək Türkiyənin İstanbul Kültür Universitetində "Fenomenologiya və insanın kosmosda mövqeyi - həyat, dünya, təbiət, Yer" mövzusuna həsr olunmuş 61-ci Beynəlxalq fenomenologiya konqresi keçirilmişdir.
Dünya Fenomenologiya İnstitutunun prezidenti, professor Anna-Tereza Timinieçkanın rəhbərliyi və İstanbul Kültür Universitetinin təşkilatçılığı ilə reallaşan konqresdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, İtaliya, Belçika, Norveç, Macarıstan, Rumıniya, Argentina, Cənubi Afrika Respublikası, Latviya, Gürcüstan, Polşa, Rusiya və s. ölkələrdən nümayəndə heyətləri iştirak etmişlər.
Plenar iclasda Azərbaycan nümayəndə heyətinin başçısı, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov konqresin rəyasət heyətinin üzvü seçilmişdir.
Beş gün davam edən konqresdə tanınmış filosof və alimlər fenomenologiyanın bir sıra aktual məsələlərini müzakirə etmiş, fikir mübadiləsi aparmışlar.
Elmi tədbirdə professor Səlahəddin Xəlilovun "Ağıl və hiss həyat məbədinin karkası və arakəsmələri kimi" və fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin "Həqiqət yolu: Mütləqdən reallığa, nöqtədən çevrəyə" mövzularında məruzələri böyük maraqla qarşılanmışdır.
Müzakirələrdə Bakı Dövlət Universitetinin baş müəllimi, doktor Mehriban Qasımova və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, doktor Samirə Həsənova da fəal iştirak etmişlər.
Yekun iclasında fenomenologiya konqresinin növbəti forumlarından birinin Bakıda keçirilməsi qərara alınmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında