"Forbes": Dünyanın ikinci ən pis iqtisadiyyatı Ermənistana məxsusdur

Dünyanın ən məşhur iqtisadi dərgilərindən olan "Forbes" dünyanın ən pis 10 milli iqtisadiyyatının reytinqini açıqlayıb. Reytinqə Madaqaskar başçılıq edir. Reytinqə əsasən, dünyanın ikinci ən pis iqtisadiyyatı Ermənistana məxsusdur. Sonrakı mövqelərdə müvafiq olaraq Qvineya, Yamayka, Venesuela, Qırğızıstan, Svazilend, Nikaraqua və İran yer alıb. 
"Forbes"in reytinq üzrə şərhində deyilir ki, Ermənistan hələ də maliyyə böhranından çıxa bilmir, ölkədə ÜDM-in azalması, inflyasiyanın artması müşahidə olunur, ÜDM-in adambaşına həcmi 3 min dollardan azdır. Madaqaskar barəsində isə şərhdə bildirilir ki, bu ölkədə həmin göstərici cəmi 387 dollar təşkil edir. Qeyd edək ki, reytinq 2010-2012-ci illər üzrə real və proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilər əsasında tərtib olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında