Azərbaycanda səfirliyi olmayan ölkələrin nümayəndələrinin Bakıya səfərlərinin təşkili ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaqdır

Asiyanın, Afrikanın və Okeaniyanın 11 ölkəsinin BMT yanında daimi nümayəndəliklərinin əməkdaşları Bakıda səfərdədir.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev AzərTAc-a bildirmişdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada ən böyük təşkilatdır. Hazırda bu mötəbər təşkilatın 192 üzvü vardır və onların da bəzilərinin Azərbaycanda səfirlikləri yoxdur. Ona görə Azərbaycan hökuməti belə qərara gəlmişdir ki, respublikamızda səfirlikləri olmayan ölkələrin nümayəndələri Bakıya dəvət olunsunlar. Həmin ölkələrin nümayəndələrinin səfərinin əsas məqsədi onları ölkəmizin siyasi, iqtisadi, mədəni, sosial həyatı ilə yaxından tanış etməkdir. Düşünürük ki, bu cür səfərlərin təşkili Azərbaycanın bu ölkələrlə ikitərəfli münasibətlərinin inkişafında mühüm rol oynayacaqdır. Bu cür səfərlər gələcəkdə də təşkil olunacaqdır.
A.Mehdiyev bildirmişdir ki, səfər çərçivəsində qonaqların Xarici İşlər Nazirliyində, Dövlət Neft Şirkətində, Milli Məclisdə, Diplomatik Akademiyada bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Diplomatların Azərbaycanın rayonlarına səfərləri də gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında