Romada Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın ikinci iclası keçirilmişdir

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən verilən məlumata görə, iyulun 6-da Roma şəhərində Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın ikinci iclası keçirilmişdir. İclasda sənaye və energetika naziri, hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətinin tərkibinə, həmçinin maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, təhsil nazirinin müavini Elmar Qasımov və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov daxildir.
Natiq Əliyev və İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Mantikanın həmsədrliyi ilə keçən iclasda Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə - iqtisadiyyat, sənaye, enerji, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil, səhiyyə və digər sahələrdə əlaqələr, perspektiv layihələr müzakirə edilmişdir.
İclasın sonunda qeyd olunan sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən Protokol qəbul olunmuşdur.
İyulun 6-da Azərbaycan nümayəndə heyəti, həmçinin İtaliyanın iqtisadi inkişaf naziri Paolo Romani ilə görüşmüş və ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə etmişdir.
Sonra nazir Natiq Əliyev İtaliyanın "Edison" şirkətinin nümayəndələri ilə də görüşmüşdür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında