MHP-nin sədr müavini: "Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyəti çox vacibdir"

SİA-ya açıqlamasında Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Tuğrul Türkeş demişdir: "Bütün dünyada həm Azərbaycan, həm də Türkiyə əleyhinə yalan xəbərlər yayılır.
Bu dezinformasiyaya qarşı həqiqətlərin dünyaya çatdırılması baxımından Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyətini müsbət qiymətləndiririk. Eyni zamanda birgə fəaliyyət 21-ci əsrdə inkişaf edən ölkələr olan Azərbaycan və Türkiyənin dünyada özünü tanıtmağında da önəmli bir rol oynayacaq". Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin böyük əhəmiyyətini vurğulayan MHP-nin sədr müavini bildirib ki, diaspor nümayəndələrinin bir yerə toplaşması çox mühüm amildir: "Mən yenə də təkrar etmək istəyirəm ki, dünyada həm Azərbaycan, həm də Türkiyə türkləri yalan xəbər və dezinformasiya ilə üzləşirlər. Bu mənada Dünya azərbaycanlılarının qurultayının keçirilməsi önəmli hadisədir. Qurultaydan sonra diaspor nümayəndələrinin gələcək fəaliyyətini səbirsizliklə gözləyəcəyik. Çünki qarşıda görüləsi işlər çoxdur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında