Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iş ən yaxın vaxtlarda davam etdiriləcək. Trend-in məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında açıqlama verib. Məlumatı "Rossiya-24" telekanalı yayıb. Kazanda prezidentlər nizamlama üzrə son razılaşmanın əldə olunması üçün şəraitin yaradılmasına xidmət edən mühüm məsələlərin razılaşdırılması barədə bəyan etdilər".
Lavrovun sözlərinə görə, ABŞ və Fransanın razılığı ilə vasitəçi kimi fəaliyyət göstərən Rusiya Prezidenti Dmitri Medvedev Kazan görüşündən sonra vəziyyətin təhlilini başa çatdırıb və ən yaxın vaxtlarda gələcək addımlar haqqında qərar qəbul edəcək: "Prezident Medvedev münaqişə tərəfləri ilə xüsusi əlaqələri nəzərə alaraq, iki il əvvəl Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə konkret razılaşmaların tapılması üçün Azərbaycan və Ermənistan prezidentləri ilə məsləhətləşmələr keçirməyə təşəbbüs göstərib. Biz güman edirik ki, indi elə bir vəziyyətə yaxınlaşmışıq ki, qərar qəbul etmək lazımdır".
Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında