Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 16-cı illik konfransında və Dünya Ölkələri Baş Prokurorlarının 4-cü Sammitində iştirak etmişdir

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövlətdən olan üzvləri birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edir, 1998-ci ildən Təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində fəal təmsil olunur.
İyunun 25-dən 29-dək Koreya Respublikasının paytaxtı Seul şəhərində dünyanın 90-a yaxın dövlətinin 500-dək nümayəndəsinin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclası, 16-cı illik konfransı və ümumi yığıncağı keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Respublika Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətinə Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyev və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev daxil idilər.
Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin iclasında təşkilatın fəaliyyəti, beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi və digər mühüm məsələlər müzakirə edilmişdir.
İllik konfransda Koreya Respublikasının Baş naziri, Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Beynəlxalq Cinayət Məhkəməsinin sədri və digər şəxslər çıxış edərək, dünyada baş verən inteqrasiya və ümumi problemlərin həllində müştərək səylərin ortaya qoyulmasının vacibliyini, prokurorluq orqanları arasında əməkdaşlığın gücləndirilməsinin, işgüzar əlaqələrin qurulmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışlar.
Assosiasiyanın işinə xüsusi töhfə vermiş təşkilatların təltif edilməsi mərasimi olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğun rəhbərləri, eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Ədliyyə Nazirliyinin əməkdaşları da təltif olunmuşlar.
Təşkilatın İcraiyyə Komitəsinin ümumi yığıncağında Assosiasiyanın illik fəaliyyətinə dair hesabatı təsdiq edilmiş, İcraiyyə Komitəsinə üzvlərin namizədliyinin irəli sürülməsi və seçilməsi ilə bağlı Assosiasiyanın Konstitusiyasına dəyişikliklər edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında