Franko FRATTİNİ: "İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini dəstəkləyir"

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 5-də Romada italiyalı həmkarı Franko Frattini ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazirlər ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluqlarını bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Corcio Napolitanonun dəvəti ilə bu il iyunun 2-də İtaliyanın birləşdirilməsinin 150 illiyi münasibətilə Romada təşkil edilmiş rəsmi tədbirlərdə iştirakını xüsusi qeyd etmişdir.
F.Frattini ölkəsinin gələcəkdə Azərbaycanın birinci ticarət tərəfdaşı olacağına inandığını və iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Tərəflər mədəniyyət və təhsil sahələrində əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək bir sıra layihələr ətrafında da fikir mübadiləsi aparmışlar. Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilmişdir.
Nazir E.Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesi barədə məlumat vermiş, münaqişənin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması, habelə bölgənin çiçəklənməsi üçün zəruriliyini qeyd etmişdir.
Azərbaycanlı həmkarının fikirləri ilə razı olduğunu qeyd edən F.Frattini ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini bildirmişdir.
Görüşdə enerji təhlükəsizliyi məsələləri də müzakirə edilmişdir. Azərbaycanın xarici işlər naziri həmkarına regionda cari və perspektiv enerji layihələri barədə məlumat vermişdir. İtaliyalı nazir də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artmaqda olan rolunu xüsusi vurğulamışdır.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Hər iki nazir Azərbaycan-İtaliya əlaqələrinin inkişaf dinamikasının artıq strateji əməkdaşlıq mərhələsinə keçməsinə imkan verdiyini qeyd etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında