Nizami CƏFƏROV: Azərbaycan və türk diaspor təşkilatlarının birliyi xarici dövlətlərdə mövqelərimizin gücləndirilməsi baxımından önəmlidir

"Azərbaycan və türk diaspor təşkilatları arasında sıx əməkdaşlığın qurulması önəmli məsələdir. Artıq bu istiqamətdə əhəmiyyətli addımlar atılıb". Bu fikri Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan - Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, Dünya Azərbaycanlılarının 3-cü Qurultayında da bu məsələnin əhəmiyyəti xüsusi vurğulanıb. Onun sözlərinə görə, hər iki diasporun sıx birliyi xarici dövlətlərdə mövqelərimizin gücləndirilməsinə daha mühüm təsir edə bilər: "Son dövrlər türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır. Bu baxımdan türk dövlətlərinin və diaspor təşkilatlarının qarşılıqlı münasibətlərinin gücləndirilməsi istiqamətində atılan addımlar önəmlidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında