Diaspor nümayəndələrinin dövlət və hökumət rəsmiləri ilə görüşündə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur

İyulun 6-da "Park-İnn Azərbaycan" mehmanxanasında Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycan diasporunun nümayəndələri ilə dövlət və hökumət qurumlarının rəhbərləri arasında görüş keçirilmişdir. 
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində keçirilmiş qurultayın işini yüksək qiymətləndirən Azərbaycan diasporunun nümayəndələri görüşdə müxtəlif məsələlərə toxunmuş, arzu və fikirlərini səsləndilmiş və onları maraqlandıran suallara dolğun cavablar almışlar.
Dövlətimizin diaspor sahəsində fəaliyyətinin çoxşaxəli və uzunmüddətli strategiya əsasında həyata keçirildiyini deyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Prezident İlham Əliyevin bununla bağlı verdiyi tapşırıq və tövsiyələrdən danışmışdır.
Bildirilmişdir ki, üçüncü qurultay diasporumuzun beynəlxalq miqyasda daha geniş və sistemli fəaliyyətinə şərait yaradacaqdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin dinamik inkişafı barədə diaspor nümayəndələrinə ətraflı məlumat vermişdir. O, ölkəmizdə həyata keçirilən uğurlu sosail-iqtisadi islahatlar və irimiqyaslı layihələrdən danışmışdır.
2011-ci ilin "Turizm ili" elan olunduğunu xüsusi vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sahədə görülən işləri qonaqların diqqətinə çatdırmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən genişmiqyaslı işlər nəticəsində ölkəmizin dünya mədəniyyəti irsində layiqli yer tutduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində çox mühüm işlər görüldüyünü, bu istiqamətdə qanunvericiliyin beynəlxalq tələblərə uyğun olaraq təkmilləşdirildiyini bildirmişdir.
Təhsil naziri Misir Mərdanov ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan, Bolonya sisteminə keçidlə bağlı görülmüş işlərdən danışmışdır. Nazir Azərbaycan gənclərinin xaricdə təhsillə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər planı hazırlandığını söyləmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanı dini tolerantlıq baxımından bütün dünyaya nümunə kimi qiymətləndirmişdir.
Bu gün respublikamızın dünyada idman ölkəsi kimi qəbul edildiyini vurğulayan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idman sahəsində əldə olunan uğurları diqqətə çatdırmışdır.
Sonra çıxışlar ətrafında müzakirələr aparılmış, diaspor nümayəndələrinin sualları cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında