Səlim MÜSLÜMOV: İqtisadi qloballaşma şəraitində sosial qloballaşmanın sürətlə genişləndirilməsi Azərbaycan üçün də aktualdır

"Beynəlxalq müstəvidə müvəqqəti əmək miqrantlarının sosial müdafiəsi kifayət qədər çətin bir problem kimi daim müzakirə olunur və bu problemin vaxtında tənzimlənməsi təmin olunmazsa, immiqrasiya və ya emiqrasiyanın baş verməsindən asılı olmayaraq bütün ölkələrdə qloballaşmanın doğura biləcəyi mənfi meyl kimi ortada olur. 
Bu problemlər əmək miqrantları qəbul edən ölkələrdə cəmiyyətin bir hissəsinə çevrilmiş miqrantlar və onların ailə üzvlərinə münasibətdə təminatlı əmək haqqı və sosial müavinətlərin verilməsi daha aktual görünür". Bu fikirləri yap.org.az saytına müsahibəsində Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, əməyin texniki təhlükəsizliyi və gigiyenasına riayət olunması, yaşayış yeri və tibbi xidmətlərlə təmin olunma, xəstəlik, əmək zədəsi, əllillik və digər bu kimi hallardan sığortalanma kimi məsələlərin həlli vacibdir. Onun sözlərinə görə, işçi qüvvəsi ixrac edən ölkələrdə isə emiqrantın yaşayış yerini dəyişməmiş ailə üzvlərinin tibbi xidmətlərə ehtiyac və ailə başçısını itirmə kimi risklərdən sığortalanması, xaricdə işləmiş şəxsin öz vətəninə qayıtmasından sonra pensiya və digər sosial xidmətlərə olan tələbinin ödənilməsinin həlli xüsusilə vacib məsələ kimi diqqəti çəkir.
"İqtisadi qloballaşma sosial qloballaşmanın sürətlə genişləndirilməsini tələb edir.
Həmin problem müasir dünyaya inteqrasiya yolu tutmuş Azərbaycan üçün də eyni dərəcədə aktualdır. Bu baxımdan, qloballaşmanın xüsusi bir sferasını təşkil edən və iqtisadi inteqrasiyanın təsiri altında sürətlə böyüyən beynəlxalq miqrasiya proseslərinin subyektlərinin, yəni əmək miqrantlarının sosial müdafiəsinin təmin olunmasına çalışan beynəlxalq və regional təşkilatların - Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Avropa Şurasının, Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasının səyləri xüsusi əhəmiyyət kəsb edir"- deyə fondun sədri vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında