Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına həsr olunmuş kitabın təqdimatı olmuşdur

Mayın 8-də Atatürk Mərkəzində Mirbəşir Seyidzadənin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına həsr olunmuş "Milli Qəhrəmanlar Zirvəsi" kitabının təqdimatı olmuşdur.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov tədbiri açaraq demişdir ki, bu kitabda torpaqlarımızın, dövlətçiliyimizin toxunulmazlığı, elindən-obasından didərgin salınmış yurddaşlarımızın müdafiəsi uğrunda mübarizə apararaq, misilsiz igidliklər göstərən Azərbaycanın Milli Qəhrəmanlarının həyat yolu, döyüş bölgələrində göstərdikləri şücaətlərdən bəhs olunur. Kitabın həm də yaxşı dərs vəsaiti olduğunu vurğulayan N.Cəfərov bu cür kitabların sayının artırılmasının vacibliyini bildirmişdir.
Təhsil naziri Misir Mərdanov kitabın müəllifinə və ərsəyə gətirənlərə minnətdarlıq edərək demişdir ki, bu kitab həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Kitab həm dərslik, həm də təbliğat vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir. Biz təkcə kitablarla kifayətlənməməli, Milli Qəhrəmanlarımız haqqında filmlər çəkməliyik. Çünki bu cür kitablar, filmlər gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.
Sonra "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bu cür vəsaitlərin nəşrinin yetişməkdə olan nəslin tərbiyəsində mühüm rol oynadığını və şəhidlərimizin ruhuna hörmət və ehtiramın təzahürü kimi qiymətləndirmişdir.
Kitabın baş məsləhətçisi, Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, qəhrəmanlıq tarixinin təbliği sahəsində mühüm əhəmiyyət kəsb edən kitabların yazılmasının, filmlərin çəkilişinin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Sonra çıxış edənlər kitabın əhəmiyyətindən danışmış, bütün bunların şəhid ailələrinə, Milli Qəhrəmanlarımıza, eləcə də onlara olan hörmət və qayğının təzahürü kimi dəyərləndirmişlər.
Kitabın ilk səhifələrində ulu öndərimiz Heydər Əliyevin 1998-ci ildə Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid olmuş Milli Qəhrəmanların ailə üzvlərinə, valideynlərinə "Qızıl Ulduz" medallarının təqdim edilməsi mərasimindəki nitqindən, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu ilə bağlı söylədiyi fikirlərdən sitatlar verilmişdir.
Milli Qəhrəmanlarımızın keçdikləri şərəfli həyat yolundan bəhs edən bu kitabda, həmçinin işğal altında olan torpaqlarımız barədə də ətraflı məlumatlar yer almışdır.
Mərasimdə Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, ictimai xadimlər, Milli Qəhrəmanların ailə üzvləri, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, C.Naxçıvanski adına hərbi liseyin zabitləri iştirak etmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında