Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının fəxri döş nişanının təsviri

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli sərəncamı ilə təsdiq edilmişdir

{nl}

Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının fəxri döş nişanı medal və qəlibdən ibarətdir (eskiz əlavə olunur).
Qızıldan hazırlanan dairəvi formalı medalın diametri 27 mm, qalınlığı isə 3 mm-dir.
Medalın üz tərəfində alov simvolu və dəfnə budağı təsvir olunur. Medalın arxa tərəfinin yuxarı qövsü boyunca "AZƏRBAYCAN RESPUBLİKASININ" sözləri, üzərində "DÖVLƏT MÜKAFATI LAUREATI" sözləri, aşağı hissəsində isə medalın nömrəsi həkk edilir.
Təsvirlər və yazılar qabarıq formada olur.
Medal kiçik halqa vasitəsilə qəlibə birləşdirilir.
Aşağı hissəsi yarımdairə şəklində olan qəlibin eni (mərkəzi hissədə) 15 mm, uzunluğu isə 27 mm-dir. Qəlibin üz tərəfi Azərbaycan Respublikasının Dövlət bayrağına uyğun, üçrəngli xaradan olan lentlə örtülür.
Medal qəlibin arxa hissəsindəki xüsusi elementlə geyimə bərkidilir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında