Goranboyda "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi olmuşdur

İyulun 2-də Goranboy şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi keçirilmişdir.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirmişdir ki, akademik Ramiz Mehdiyevin bu kitabının erməni saxtakarlığının ifşası və son əsrlərdə regionda baş verən ictimai-siyasi proseslərə aydınlıq gətirilməsi baxımından böyük əhəmiyyəti vardır.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev və digər natiqlər vurğulamışlar ki, akademik Ramiz Mehdiyevin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərinə çox tutarlı cavab, təkzibolunmaz faktlara söykənən dəyərli elmi əsərdir.
Bu əsəri oxuduqca bir daha əmin olursan ki, həqiqət bizim tərəfimizdədir. Müdriklik əvəzinə çılğınlıq, sağlam təxəyyül əvəzinə xəstə təxəyyül, qürur əvəzinə təkəbbür, ağıl əvəzinə sərsəmlik nümayiş etdirən Ermənistan prezidenti Serj Sarkisyanın fikirləri uydurduğu miflərə, dikəltdiyi yalan sütunlara, erməni etnosu və dilinin tarixi ilə bağlı dünya ictimaiyyətinə sırımaq istədiyi cəfəng mülahizələrə söykənir. Bütün bu yalanların isə kitabın müəllifi, akademik Ramiz Mehdiyev tərəfindən elmi şəkildə ifşa olunması böyük əhəmiyyət kəsb edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında