Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomunun təsviri

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 may tarixli sərəncamı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu parıltılı kağızdan hazırlanır və eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən ibarətdir (eskiz əlavə olunur).
Diplomun birinci səhifəsinin üzərində "Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu" sözləri yazılır.
İkinci səhifədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının tarixi, nömrəsi və mükafata layiq görülmüş əsərin (işin) müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı verilir.
Üçüncü səhifədə Dövlət Mükafatına layiq görülmüş əsərin (işin) adı və mükafatın verilməsi barədə müvafiq mətn verilir.
Dördüncü səhifədə diplomun nömrəsi, laureatın soyadı, adı, atasının adı və Dövlət Mükafatları Komissiyası sədrinin adı və soyadı göstərilir.
Diplom Dövlət Mükafatları Komissiyasının sədri tərəfindən imzalanır və Komissiyanın möhürü ilə təsdiq edilir.
Diplom laureata tünd qəhvəyi rəngli dəri cildlikdə təqdim olunur.
Cildliyin üz hissəsində qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilir və "Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu" sözləri yazılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında