Məcburi köçkünlərin içməli su təminatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb. Layihəyə uyğun olaraq 6 qəsəbədə yaşayan məcburi köçkünlərin içməli su təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün onların hər birində su anbarı, nasosxana inşa olunacaq, metal borulardan çəkilmiş su xətləri polietilen borularla əvəzlənəcək.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, burada hər birinin tutumu min kubmetr olan 7 su anbarının tikintisi nəzərdə tutulur. Artıq 1-ci qəsəbədə iki su anbarının və nasosxana binasının inşası yekunlaşmaq üzrədir. Eyni zamanda, mənbədən qəsəbələrə magistral və qəsəbədaxili paylayıcı xətlərin çəkilişi də davam etdirilir. Layihəyə uyğun olaraq hər bir qəsəbə üçün ayrılıqda su anbarının inşası qismən özüaxımlı su təchizatının yaradılmasına və əlavə ehtiyatın toplanmasına imkan verəcək.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın tərkib hissəsi olan məcburi köçkün qəsəbələrinin su təchizatının yaxşılaşdırılması layihəsi üzrə işlər 2011-ci ildə yekunlaşacaq. Bununla da, 11 mindən artıq məcburi köçkünün içməli su təchizatı yaxşılaşacaq.
Yeri gəlmişkən, hazırda qəsəbələri içməli su ilə yaxınlıqda qazılmış 14 subartezian quyusu təmin edir. Quyu zonasında ümumi tutumu 8 min kubmetr olan 4 anbar və xlorator qurğusu da tikilmişdir. Yeni layihənin həyata keçirilməsi ilə ərazidə yaşayan məcburi köçkünlərin içməli su təminatı əsaslı şəkildə yaxşılaşacaq.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında