Azərbaycan "Intel"in elmi-texniki sərgisinə qoşulub

2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Intel Ümumdünya elmi-texniki sərgisinə (Intel ISEF) qoşulub. Bu barədə Rabitə və İnformasiya Texnologiyası Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Intel ISEF zamanı şagirdlər onları maraqlandıran sahələrdə çalışan alim və mühəndislərlə ünsiyyət saxlamaq, sual vermək və qarşılarında açılan perspektivlər haqda daha geniş məlumat əldə edirlər. Bu il Azərbaycan 2012-ci ildə keçiriləcək müsabiqəyə qoşulmağa hazırlıq məqsədilə milli səviyyədə şagirdlər arasında müsabiqə keçirməyi planlaşdırır. Intel ISEF-in bütün iştirakçıları yerli, regional və milli səviyyələrdə keçirilən regional mərhələlər zamanı seçilir. Hər bir regional müsabiqə Intel-in ümumdünya elmi-texniki müsabiqəsinə iki fərdi və bir komanda layihəsini təqdim edə bilər.
Hər il müsabiqənin final mərhələsində 50-dən çox ölkəni təmsil edən 3 minə yaxın şagird iştirak edir. Münsiflər heyətinin tərkibinə daxil olan hakimlər ABŞ-ın aparıcı institutlarının (Elektrik və Elektronika Mühəndisləri İnstitutu (İEEE), Hesablama Maşınları Assosiasiyası (ACM)) professor və əməkdşlarıdır. Intel ISEF müsabiqsəinin mükafat fondu 4 milyon ABŞ dollarından çoxdur. Vəsait mükafat və təqaüd şəklində bölüşdürülür.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında